“Ötən gündən əsən güclü külək bir sıra ərazilərə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaradıb”.
Bunu “Report”a açıqlamasında “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Bununla belə, onun sözlərinə görə, artıq ölkənin hər yerində enerji təchizatı tam bərpa olunub.
“Külək Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinə, Abşeron rayonunun Saray qəsəbəsinə, eləcə də bır sıra dağlıq və dağətəyi yerlərə elektrik enerjisinin verilişində fasilə yaratmışdı. Əməkdaşlarımız qabaqlayıcı tədbirlər görür və qəzalar operativ şəkildə aradan qaldırılır”, - T.Mustafayev qeyd edib.