Yuxarı
    Bağlamaq

    Kremençuq zavodu üçün 83 min ton Azərbaycan nefti çatdırılıb

    Neftlə yüklənmiş tanker Ceyhan limanından yola salınıb

    Bakı. 5 sentyabr. REPORT.AZ/ Sentyabrın 2-də Kremençuq Neft Emalı Zavodu (NEZ) üçün nəzərdə tutulan 83,3 min ton həcmində Azərbaycan nefti ilə yüklənmiş Malta bayrağı altında üzən “Waikiki” tankeri Odessa limanına (Qara dəniz, Ukrayna) daxil olub.

    “Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dəniz Limanları Administrasiyasından bildirilib.

    Məlumatda deyilir ki, Azərbaycan nefti ilə yüklənmiş tanker Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) yola salınıb. Sentabrın 4-də yükün boşaldılması başa çatıb, bu gün isə tanker limanı tərk edib. Avqust ayına kimi Azərbaycan nefti Kremençuq zavodu üçün Supsa limanından (Gürcüstan, Qara dəniz) yola salınıb.

    Qeyd edək ki, bu il Kremençuq NEZ-ə 1,3 mln. ton həcmində Azərbaycan neftinin nəqli nəzərdə tutulur. “Ukrtatnafta” (Zavodun operatoru) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Kremençuq zavodunda emal üçün illik həmin həcmdə xam neft tədarükü ilə bağlı saziş imzalayıb. Bu çərçivədə “Ukrtransnafta” Odessa-Kremençuq neft kəmərini Azərbaycan nefti ilə doldurub. Zavoda ildə 1,3 mln. ton olmaqla 3 il müddətinə 4 mln. ton həcmində Azərbaycan nefti nəql olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi