Bu həftə “Kremençuq” neft emalı zavodu 80 min ton Azərbaycan nefti tədarük edəcək

Bu həftə “Kremençuq” neft emalı zavodu 80 min ton Azərbaycan nefti tədarük edəcək Ukraynanın “Ukrtatnafta” şirkəti sentyabr-oktyabr aylarında idxal neftinin alışını ikiqat artıraraq aylıq 300 min ton həcminə çatdırmağı planlaşdırır.
Energetika
24 Sentyabr , 2019 15:42
Bu həftə “Kremençuq” neft emalı zavodu 80 min ton Azərbaycan nefti tədarük edəcək

Ukraynanın “Ukrtatnafta” şirkəti sentyabr-oktyabr aylarında idxal neftinin alışını ikiqat artıraraq aylıq 300 min ton həcminə çatdırmağı planlaşdırır.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə şirkətin İdarə Heyətinin sədri Pavel Ovçarenko bildirib.

Onun sözlərinə görə, sentyabrın 28-də şirkət hər biri 80 min ton təşkil edən iki tanker ABŞ-ın “Bakken” markalı və “Azerilight” markalı Azərbaycan neftini qəbul edəcək: “Oktyabrda da hər biri 80 min ton olan tankerin də analoji tədarükü planlaşdırılır”.

“Ukrtatnafta” şirkətinin 128-130 min ton səviyyəsində planlaşdırılan hasilatı nəzərə alsaq, sentyabrda Kremençuq neft emalı zavodunda mövcud olan neftin həcmi 288 min təşkil edəcək. Oktyabrda bu həcm sentyabrın 23-də “Uktransnafta” şirkəti ilə bağlanılmış müqavilələr sayəsində və oktyabrın ilk ongünlüyündə “Cənub” limanından neft emalı zavoduna təhvil veriləcək 15 min ton “Azerilight” neftinə görə 300 min tonu ötəcək.

Əldə edilən məlumata görə, sentyabrda Kremençuqda neftin emal həcmi 255 min ton təşkil edəcək ki, bu da yay aylarındakı göstəricilərdən 30% çoxdur. Sentyabrda zavod sutkalıq emalını maksimum səviyyəyə - gündəlik 9,5 min ton neft həcminə çatdırmaq üçün sınağı uğurla keçirib. 

Son xəbərlər

Orphus sistemi