Neft ucuzlaşmaqda davam edir

Neft ucuzlaşmaqda davam edir Ötən ticarət həftəsi qeydə alınan 3-5 %-lik artımdan sonra dünya bazarlarında neft qiymətləri korreksiya səbəbindən 1 %-dək aşağı düşməkdə davam edir
Energetika
8 İyun , 2021 12:01
Neft ucuzlaşmaqda davam edir

Ötən ticarət həftəsi qeydə alınan 3-5 %-lik artımdan sonra dünya bazarlarında neft qiymətləri korreksiya səbəbindən 1 %-dək aşağı düşməkdə davam edir.

Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9.04-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,98 % ucuzlaşaraq, 1 bareli 70,79 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,91 % azalaraq, 1 bareli 68,60 ABŞ dolları təşkil edib.

“Bu elə bir haldır ki, qiymət artımı həddən artıq sürətli olub, bu səbəbdən hazırda müəyyən fiksasiya qeydə alınır. Düşünmürəm ki, qiymət azalması uzun müddət davam edəcək. Bazar hələ də optimizmi saxlayır”, - “Oversea-Chinese Banking Corp”un iqtisadçısı Hovi Li “Bloomberg” agentliyinə bildirib.

İnvestorlar həmçinin ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası İdarəsinin (EIA) aylıq qısamüddətli proqnozunun (STEO) dərc olunmasını gözləyirlər. Bundan başqa, sabah ölkədə neftin kommersiya ehtiyatları və bu xammalın hasilatı ilə bağlı statistik məlumatların, cümə axşamı isə ABŞ-da may ayı üzrə illik inflyasiya göstəricilərinin açıqlanması gözlənilir. İnflyasiya haqqında məlumatlar xammal qiymətlərinin həssaslıqla yanaşdığı dolların məzənnəsinə təsir göstərə bilər.

Son xəbərlər

Orphus sistemi