Koronavirusun yeni ştammı nefti kəskin ucuzlaşdırıb

Koronavirusun yeni ştammı nefti kəskin ucuzlaşdırıb WTI markalı xam neft fyuçerslərinin qiyməti Afrikada yeni növ koronavirusun aşkarlanması fonunda demək olar ki, 13% ucuzlaşıb.
Energetika
27 Noyabr , 2021 03:46
Koronavirusun yeni ştammı nefti kəskin ucuzlaşdırıb

WTI markalı xam neft fyuçerslərinin qiyməti koronavirusun Cənubi Afrika ölkələrində yayılan yeni variantının (B.1.1.529) aşkarlanması fonunda demək olar ki, 13% ucuzlaşıb.

“Report” xəbər verir ki, WTI neftinin yanvar fyuçerslərinin qiyməti 12,81% (10,03 ABŞ dolları) aşağı düşərək, 1 bareli 68,29 dollar təşkil edib.

Mütəxəssislər qeyd edirlər ki, “qara qızıl”ın uculaşması yeni ştamma görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlıdır.

“Nordea Asset Management”in makro-strategiya departamentinin rəhbəri Sebastyan Qali “Wall Street Journal” qəzetinə bildirib ki, məhdudiyyətlər nəticəsində insanlar daha az səyahət edəcək və nəticədə enerji istehlakının azalacağı gözlənilir:

“Düşünürdük ki, hər şey tamamlanmaq üzrədir və indi, bəlkə də, yeni vaksinlərə ehtiyacımız var”.

Son xəbərlər

Orphus sistemi