​Koreya korporasiyası Qazaxıstandakı neft layihəsindən imtina etmək istəyir

​Koreya korporasiyası Qazaxıstandakı neft layihəsindən imtina etmək istəyir Bununla bağlı Qazaxıstan hökuməti ilə danışıqlar aparılır
Energetika
8 Avqust , 2016 15:58
​Koreya korporasiyası Qazaxıstandakı neft layihəsindən imtina etmək istəyir

Bakı. 8 avqust. REPORT.AZ/ Koreya Dövlət Neft Korporasiyası (KNOC) Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən "Jambıl" neft blokunun işlənməsi layihəsindəki payından imtina etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "İndian Ekspress" qəzeti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, KNOC neft blokundakı payından imtina üçün Qazaxıstan hökuməti ilə danışıqlar aparır.

KNOC şirkətinin mətbuat katibi qeyd edib ki, yataqda neft ehtiyatları gözləniləndən az olub.

Koreya korporasiyası Qazaxıstanın neft yatağında 27% paya sahibdir. KNOC 2008-ci ildən səhmlərin əldə olunması və kəşfiyyata 250 mln. dollar investisiya qoyub. KNOC, həmçinin neft yatağının birgə işlənməsində 9,45% paya malikdir. 

Şirkət nümayəndəsinin sözlərinə görə, danışıqlar başa çatarsa, konsorsium 85 mln. dollara aldığı payından imtina edəcək.

"Jambıl" yatağının işlənməsi layihəsində digər səhmdar "QazMunayQaz" şirkətidir.

Son xəbərlər

Orphus sistemi