Bakı. 20 oktyabr. REPORT.AZ/ Cümə günü Kolumbiyanın cənub-qərbində yerləşən Putumayo departamentində neft kəmərinin bir hissəsi naməlum şəxslər tərəfindən partladılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "El Espectador" qəzeti yazıb.
Bildirilir ki, hücum neft kəmərinin Kanadanın "Gran Tierra Energy" şirkətinə məxsus hissəsinə edilib. Kəmərin sıradan çıxmış hissəsinin bərpa edilməsi məqsədi ilə hadisə yerinə mütəxəssislər göndərilib.