Bakı. 25 yanvar. REPORT.AZ/ Kolumbiyanın "Ecopetrol" şirkəti Venesuela ilə sərhəddəki Arauka departamentində neft aşkar edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə neft şirkəti bildirib.
Yataqlar "Ecopetrol"un "Occidental de Colombia" ilə birlikdə işlədiyi "Cosecha" lisenziyalı sahəsində "Cosecha C-01" quyusunun qazma işləri zamanı tapılıb.
Quyunun dərinliyi 3,3 km təşkil edir, hazırda oradan gündə 3 min barel yüksək keyfiyyətli yüngül neft hasil olunur. "Ecopetrol"un prezidenti Felipe Bayonun sözlərinə görə, yataqlar "Kanyo Limon" boru kəmərinin lap yaxınlığında yerləşir və bu, onun kommersiya mərhələsindəki inkişafını asanlaşdıracaq.
Şirkətdən qeyd ediblər ki, kəşf regionun böyük potensialını və Arauka departamentiondə layihələrin işlənib hazırlanmasının vacibliyini təsdiqləyir.