Yuxarı
    Bağlamaq

    Kiyevdə Poroşenko və SOCAR prezidenti arasında görüş keçirilib

    Tərəflər şirkətin Türkiyə layihələrini və digər məsələləri müzakirə edib

    Bakı. 26 may. REPORT.AZ/ Ukrayna prezidenti Petr Poroşenko ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında Kiyevdə keçirilən görüşdə yüksək keyfiyyətli aviasiya yanacağının idxalı sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivi və bu növ yanacağın Ukraynada mümkün istehsalı müzakirə olunub.

    "Report" "İnterfax"a istinadən xəbər verir ki, SOCAR prezidenti Milli İnvestisiya Şurasının iclasında iştiraka şərait yaratdığına görə Ukrayna prezidentinə minnətdarlığını bildirərək, qeyd edib ki, SOCAR Ukraynada özünü çox rahat hiss edir və durmadan inkişaf edir.

    Tərəflər şirkətin Türkiyə layihələrini müzakirə edib və Ukraynanın bu layihələrdə iştirakını, habelə Ukraynanın neft emalı kompleksinin gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

    "Gələn il Türkiyədəki bütün strateji proyektlər başa çatdıqdan sonra Ukrayna ilə əməkdaşlıq prioritet məsələlərdən biri olacaq", - deyə SOCAR prezidenti bildirib.

    Onun sözlərinə görə, Ukraynadakı 10 illik fəaliyyət dövründə biznes üçün yaxşı şərait yaranıb. Poroşenko isə Ukrayna ilə Azərbaycan arasında mövcud strateji əməkdaşlığın olduğunu qeyd edib.

    "Hesab edirəm ki, biz inkişaf imkanlarından tam yararlanmalı, energetika sahəsində inkişaf və əməkdaşlığın dərinləşdirilməsi imkanlarından istifadə etməliyik", - deyə o, Ukraynada enerji təchizatının şaxələndirilməsi üçün bu potensialdan istifadə olunmasının vacibliyini vurğulayıb.

    Tərəflər həmçinin Ukraynanın Borispol, Lvov, Xarkov, Odessa, Dnepr və digər şəhərlərin hava limanlarında sərnişin axınının kəskin artması ilə əlaqədar aviasiya yanacağının daşınması sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını, habelə bu növ yanacağın Ukrayna ərazisində istehsalı imkanlarını müzakirə ediblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi