Bolqarıstanın Baş naziri: "Azərbaycan qazı Nea Mesimvria üzərindən nəql oluna bilər"

Bolqarıstanın Baş naziri: "Azərbaycan qazı Nea Mesimvria üzərindən nəql oluna bilər" Bolqarıstana Azərbaycan qazı Yunanıstan ərazisindəki kompresor stansiyasının yerləşdiyi Nea Mesimvria yaşayış mənbtəqəsi üzərindən idxal edilə bilər.
Energetika
330
29 Yanvar , 2022 18:05
Bolqarıstanın Baş naziri: Azərbaycan qazı Nea Mesimvria üzərindən nəql oluna bilər

Azərbaycan qazı Bolqarıstana Yunanıstan ərazisindəki kompressor stansiyasının yerləşdiyi Nea Mesimvria yaşayış məntəqəsi üzərindən idxal edilə bilər.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Kiril Petkov müsahibəsində bildirib.

“Azərbaycan tərəfindən bunun texniki cəhətdən mümkünlüyünə dair zəmanət almışıq. Bunun daha əvvəl niyə həyata keçirilməməsi qəribədir”, - hökumət başçısı hazırda Azərbaycanla qüvvədə olan müqavilənin nəzərdə tutulduğu qədər qaz idxal edə bilmədikləri üçün ölkədə qazın topdansatış qiymətinin 30 faizədək artdığını da dilə gətirib.

“Biz xeyli iş görür və uğurlar da qazanırıq. Artıq vaxt itkisinə yol verməmək üçün ötən axşam “Bulgargaz”ın idarə heyətini tam dəyişdirmişik”, - Baş nazir birja hərraclarında qiymətlərin müzakirəsi zamanı “Bulgargaz” dövlət şirkətinin səhv qərarlar verdiyini də etiraf edib.

Yanvarın 28-də Bolqarıstan Enerji Holdinqinin rəhbərliyi “Bulgargaz” şirkətinin direktorlar şurası üzvləri Nikolay Pavlovu, Svetoslav Delçevi, Diana Bonevanı, İlian Dukovu, Nikolay Donçevi vəzifədən kənarlaşdırıb.

Bundan əvvəl “Bulgargaz” İGB interkonnektorunun tikintisi başa çatandan sonra Azərbaycandan müqavilədə nəzərdə tutulan kimi ildə 1 milyard kubmetr qaz alacaqlarına ümidvar olduqlarını bildirmişdi. Xatırladaq ki, İGB interkonnektoru Bolqarıstanı Yunanıstan vasitəsilə Azərbaycandan Gürcüstan və Türkiyədən keçməklə Avropaya bağlayan TAP layihəsinə qoşulacaq.

Son xəbərlər

Orphus sistemi