Yuxarı

KİV: Rusiya Yunanıstana "Türk axını" layihəsi üçün bir neçə milyard avro ayıracaq

Yunanıstan Rusiyadan qazın Aİ-yə tranzitinə görə avans qismində 3-5 mlrd. avro alacaq

Bakı. 18 aprel. REPORT.AZ/ Rusiya və Yunanıstan razılaşma imzalamağı planlaşdırır. Həmin müqavilə çərçivəsində Moskva Afinaya "Türk axını" qaz kəmərinin tikinitisi üçün qazın tranzitinə görə əvvəlcədən avans qismində 5 mlrd. avroya qədər vəsait ayıracaq. "Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Spiegel" qəzeti Yunanınstanın hakim partiyası "SİRİZA"dakı  yüksək vəzifəli mənbəyə istinadən yazıb. 

Məlumata əsasən, razılaşmanın imzalanması aprelin 21-də planlaşdırılır. Yunanıstan Rusiyadan qazın Aİ-yə tranzit edilməsinə görə avans qismində 3-5 mlrd. avro alacaq.

"Spiegel" iddia edir ki, saziş RF prezidenti Vladimir Putin və Yunanıstanın baş naziri Aleksis Tsiprasın Moskvadakı danışıqları zamanı müzakirə olunub.

Yunanıstanın "Агора"  nəşrinin məlumatına görə, Yunanıstan hökuməti Rusiya ilə sazişi  təsdiq edib. Afinada ümid edirlər ki, Rusiya tranşı sayəsində Avropa İttifaqı ilə borc öhdəliklərinə dair danışıqları təxirə salmaq mümkün olacaq.

Rusiya prezidenti Vladimir Putin tərəfindən fevral ayında Macarıstana səfəri zaman açıqlanan "Türk axını" qaz kəməri marşrutunun  Qara dənizin dibi ilə Rusiyadan Avstriyanın Baumqarten şəhərinə qədər keçəcəyi planlaşdırılır. "Türk axını" "Qazpromun" Avropa komissiyisanın müqaviməti nəticəsində imtina etdiyi "Cənub axını" layihəsinin alternatividir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi