Yuxarı
    Bağlamaq

    KİV: "Qazprom" Türkiyədəki ən böyük aktivini itirə bilər

    Türkiyə hökuməti Qazpromun payı olan şirkəti milliləşdirib

    Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiyanın “Qazprom” şirkəti Türkiyədəki ən böyük aktivini itirə bilər. Hökumət Rusiya şirkətinin və “Qazprombank”ın da payı olan Türkiyənin ən böyük özəl qaz idxalçısı olan “Akfel Holding”i de-fakto milliləşdirib.

    “Report” xəbər verir ki, bu barədə “Kommersant” qəzeti vəziyyətə yaxın mənbəyə istinadən məlumat yayıb.

    Məlumata görə, dekabrın əvvəlində Türkiyə hökumətinin “Akfel Holding”i nəzarət altına aldığı və Direktorlar Şurasını dəyişdiyi məlum olub, lakin həmin vaxt Rusiya investisiyasının statusu aydın olmayıb. Mənbənin sözlərinə görə, indi isə Türkiyənin Əmanətlərin Sığortalanması Fondu qeyri-rəsmi olaraq bildirib ki, artıq onlar səhmdar funksiyasını yerinə yetirir.

    “Akfel Holding”in nəhəng strukturları - “Akfel Gas” (“Qazprom”la illik 2,25 mlrd. kubmetr qaz nəqli ilə bağlı sazişi var), ”Avrasia” (0,5 mlrd. kubmetr) və “Enerco” (2,5 mlrd. kubmetr) şirkətləridir. “Avrasia” və “Enerco” şirkətlərində “Akfel” və “Qazprombank”ın birgə müəssisəsi 60% paya malikdir. “Enerco”da Avstriyanın OMV şirkətinin isə 40% payı var.

    Qeyd olunur ki, “Akfel Holding”lə bağlı məsələ fətullahçı terror terror təşkilatı (FETÖ) ilə əlaqədə olmaqda təqsirləndirilən şirkətin qurucuları - Murad və Fateh Baltacı qardaşları ilə bağlıdır. M.Baltacı hazırda həbsdədir, F.Baltacı isə Türkiyəni tərk edib. Məlumata görə, Baltacı kapital qrupunu tərk edib və onun yalnız bir neçə şirkətdə kiçik hissəsi qalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi