​KİV: OPEK-ə üzv-dövlətlərin görüşünün tarixi açıqlanıb

​KİV: OPEK-ə üzv-dövlətlərin görüşünün tarixi açıqlanıb Görüşdə iştirak edəcək dövlətlərin sayı hələ məlum deyil
Energetika
16 Mart , 2016 12:53
​KİV: OPEK-ə üzv-dövlətlərin görüşünün tarixi açıqlanıb

Bakı. 16 mart. REPORT.AZ/ Neft İxrac edən Ölkələr Birliyinə (OPEK) üzv-dövlətlərin görüşü bu il aprelin 17-də Qətərin paytaxtı Dohada keçirilə bilər.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

"CNN" isə görüşdə iştirak edəcək dövlətlərin sayının hələ məlum olmadığı haqda məlumat yayıb.

Qeyd edək ki, bu il fevralın ortalarında Dohada Rusiya və OPEK-ə üzv olan Səudiyyə Ərəbistanı, Qətər, Venesuelanın neft nazirlərinin görüşü olmuşdu. Onlar bazarda "qara qızıl"ın qiymətinin bahalandırılması ilə bağlı danışıqlar aparmışdı. Ancaq həmin görüş nəticəsiz başa çatmışdı.  

Son xəbərlər

Orphus sistemi