KİV: Braziliyanın "Sete Brasil" şirkəti "Petrobras"ı məhkəməyə verməyə hazırlaşır

KİV: Braziliyanın "Sete Brasil" şirkəti "Petrobras"ı məhkəməyə verməyə hazırlaşır Layihənin həyata keçirilməməsi təqdirində "Petrobras" 5-7,5 milyard dollar məbləğində cərimələnə bilər
Energetika
28 Dekabr , 2015 11:51
KİV: Braziliyanın Sete Brasil şirkəti Petrobrası məhkəməyə verməyə hazırlaşır

Bakı. 28 dekabr. REPORT.AZ/ Braziliyanın "Sete Brasil" şirkəti "Petrobras"ı məhkəməyə verməyə və müflis olduğunu elan etməyə hazırlaşır. "Report" xarici KİV-inə istinadən xəbər verir ki, "Petrobras" sentyabrda "Sete Brasil" ilə birgə ümumi dəyəri 20 milyard dollar olan qazma gəmilərin tikintisi layihəsini bitirməli idi. Amma Braziliyanın ən nəhəng neft-qaz şirkəti qazma gəmilərin sayının 22-dən 15-nə qədər azaldılmasına və tikintiyə görə "Sete Brasil"ə ödəniləcək məbləğin 4 milyarda qədər endirilməsinə qərar verib.

Bununla da layihə yarımçıq qalıb və bu səbəbdən "Sete Brasil" "Petrobras" məhkəməyə verib və iflasını elan etməyi planlaşdırır. "Petrobras" rəhbərliyi isə öz növbəsində, bu layihədən imtinanın daha yaxşı olacağını zənn edir.

Ancaq layihənin həyata keçirilməməsi təqdirində "Petrobras" 20-30 milyard real (5-7,5 milyard dollar) məbləğində cərimələnə bilər.

Son xəbərlər

Orphus sistemi