Belarus keyfiyyətsiz Rusiya neftinin tədarükündən dəyən ziyanı qiymətləndirib

Belarus keyfiyyətsiz Rusiya neftinin tədarükündən dəyən ziyanı qiymətləndirib Belarus apreldə Rusiyadan keyfiyyətsiz neftin nəql edilməsi səbəbindən neft məhsullarından əldə edilə biləcək gəliri 100 mln. ABŞ dolları dəyərində qiymətləndirib.
Energetika
25 Aprel , 2019 16:48
Belarus keyfiyyətsiz Rusiya neftinin tədarükündən dəyən ziyanı qiymətləndirib
0 : 00
0 : 00

Belarus apreldə Rusiyadan keyfiyyətsiz neftin nəql edilməsi səbəbindən neft məhsullarından əldə edilə biləcək gəliri 100 mln. ABŞ dolları dəyərində qiymətləndirib.

“Report”un “Belta”ya istinadən verdiyi məlumata görə, bu barədə “Belneftxim” konserninin sədr müavini Vladimir Sizov bildirib.

“Hazırda biz aprel ayında üzləşdiyimiz itkiləri qiymətləndiririk. Bu gün neft məhsullarının satışından əldə edilməyən gəlirlərin dəyəri 100 milyon dollar təşkil edir”, - deyə o bildirib.

Xatırladaq ki, Belarus Rusiyadan tədarük edilən neftin keyfiyyətinin pisləşməsi səbəbindən Polşa, Ukrayna və Baltikyanı ölkələrə yüngül neft məhsullarının ixracını dayandırıb. Öz növbəsində, Rusiyanın Energetika Nazirliyi neftin keyfiyyətinin pisləşməsinin texniki xüsusiyyət daşıdığını bəyan edib.

Qeyd edək ki, aprelin 25-də Rusiya Baş Nazirinin müavini Dmitri Kozak bildirib ki, təmizlənmiş Rusiya nefti Belarusla sərhədə bazar ertəsi, aprelin 29-da çatacaq. 

Son xəbərlər

Orphus sistemi