Kərəm Həsənov Balakəndə vətəndaş qəbulu keçirib

Kərəm Həsənov Balakəndə vətəndaş qəbulu keçirib Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak ediblər
Energetika
27 May , 2017 13:57
Kərəm Həsənov Balakəndə vətəndaş qəbulu keçirib

Bakı. 27 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün Balakən rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Komitədən “Report”a verilən məlumata görə, qəbulda Balakən və Zaqatala rayonlarından olan sakinlərin müraciətlərinə baxılıb. Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak ediblər.

Qəbulda iştirak edən bir neçə vətəndaş müraciətləri daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi kimi məsələlərlə bağlı olub. Eyni zamanda, qəbul çərçivəsində bir sıra rayon sakini tərəfindən torpaqlardan təyinatına və kateqoriyasına, əsasən də kənd təsərrüfatı təyinatlı torpaqlarda istifadə qaydaları ilə bağlı müraciətlər edilib. Həmçinin qəbulda vətəndaşlar tərəfindən dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, hərraclarda iştirakla bağlı müraciətlər da səsləndirilib. Müraciətlərin bir qismi sorğu xarakteri daşıyıb. Bu səpkili müraciətlərlə bağlı vətəndaşlara qanunvericiliyin tələbləri barədə ətraflı izahatlar verilib.

Komitə sədrinin verdiyi tapşırıqlar nəticəsində bir sıra vətəndaş müraciətləri dərhal qəbul günü öz müsbət həllini tapıb. Bəzi vətəndaş müraciətləri araşdırma tələb etdiyi üçün qeydiyyata alınıb və nəticəsi barədə məlumat veriləcəyi vətəndaşlara bildirilib. Bir sıra müraciətlərin vətəndaşların iştirakı ilə araşdırılması məqsədilə komitə sədri tərəfindən tapşırıqlar verilib.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib. Onların müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib. Komitə sədri qəbulda iştirak edən müvafiq sahə rəhbərlərinə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, hər bir vətəndaşın müraciətinə fərdi yanaşılması barədə tapşırıqlar verib. Eyni zamanda fəaliyyət istiqamətləri üzrə qanunvericiliyin tələblərinin qorunması, fəaliyyət istiqamətlərində şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi, müraciətlərə operativ şəkildə baxılması üzrə göstərişlər verib.

Son xəbərlər

Orphus sistemi