Yuxarı

​Kənan Yavuz: "Türkiyə və Azərbaycan qardaşlığı "İpək yolu"nu yenidən dünyaya qazandırır"

SOCAR İzmirə 10 mlrd. dollar sərmayə yatırır

Bakı. 21 oktyabr. REPORT.AZ/ Türkiyə və Azərbaycanın qardaşlığı "İpək yolu"nu yenidən dünyaya qazandırır. İzmir isə strateji baza olur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə qurumu olan "SOCAR Turkey" şirkətinin baş icraçı direktoru Kənan Yavuz Xəzər Strateji İnstitutunun təşkil etdiyi "Strateji baza, İzmir" adlı konfransda bildirib:

"İzmir Türkiyə və Aralıq dənizinin logistika və istehsal mərkəzi olma yolundadır. Tarixi "İpək yolu" İzmirdə kəsişir".

O qeyd edib ki, SOCAR İzmirə 10 mlrd. dollar, Türkiyəyə isə 20 mlrd. dollardan çox sərmayə yatırır: "İndi hasilat inqilabı etmək zamanıdır. Petlim limanı xidmət göstərməyə hazırlaşır. İzmir-İstanbul yolunda işlər sürətlə irəliləyir. STAR neft emalı zavodu ilə İzmir "ulduz" olur".

Qeyd edək ki, SOCAR 2008-ci ildə "Petkim Holding"in özəlləşdirilməsilə Türkiyədə fəaliyyətinə başlayıb və burada "SOCAR Turkey" adı ilə fəaliyyət göstərir. "SOCAR Turkey" şirkətinin strukturuna əsasən, "SOCAR Turkey Energy A.Ş."nin 87% hissəsi SOCAR-a aiddir. 14 avqust 2015-ci ildən etibarən "Goldman Sachs" və "JP Morgan" bankları ("Goldman Sachs International") 1,3 mlrd. dollara "SOCAR Turkey"in 13%-lik hissəsinə ortaq olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi