​Kənan Yavuz: "Türk axını" layihəsinə Türkiyədən daha çox Rusiyanın ehtiyacı var"

​Kənan Yavuz: "Türk axını" layihəsinə Türkiyədən daha çox Rusiyanın ehtiyacı var" Türkiyə 2023-cü ilə qədər təbii qaz istehlakı ilə bağlı strategiya hazırlayıb
Energetika
7 Oktyabr , 2015 17:38
​Kənan Yavuz: Türk axını layihəsinə Türkiyədən daha çox Rusiyanın ehtiyacı var

Bakı. 7 oktyabr. REPORT.AZ/ Ötən dövrlərə nisbətən bu gün Türkiyənin enerji məsələləri baxımından mövqeyi heç olmadığı qədər güclüdür. "Report" xəbər verir ki, bunu "Bloomberg HT"yə Rusiya ilə Türkiyə arasında yaranan olayları şərh edən "SOCAR Energy Turkey" şirkətinin prezidenti Kənan Yavuz deyib.

K.Yavuzun sözlərinə görə, "Türk axını" Türkiyədən daha çox Rusiyaya lazım olan layihədir: "Türk axını" layihəsinin reallaşmasına Türkiyədən daha çox Rusiyanın ehtiyacı var. Necə ki, bu layihənin reallaşması üçün Rusiya tərəfi müraciət edib. Bu layihəyə qədər Türkiyə tərəfi 2023-cü ilə qədər təbii qaza olan tələbatını nizamlayan strategiya hazırlayıb. Ölkədə təbii qazın istehlakının sürəti getdikcə azalacaq. Bu gün təbii qazdan asılılığın azaldılması ilə bağlı məsələlər əsas müzakirə mövzusudur. Düşünürəm ki, Türkiyənin təbii qaza olan tələbatı 60 mlrd. kubmetr civarında stabil saxlanılacaq. Nəzərə alsaq ki, Trans-Anadolu boru kəməri (TANAP) layihəsi işə düşdükdən sonra ilk əvvəl 6 mlrd. kubmer, ümumi həcmin 31 mlrd. kubmetrə çatmasından sonra əlavə təbii qazın Türkiyə tərəfindən alınması Ankara üçün qaz məsələsində heç bir təşvişin olmadığını göstərir", - şirkət prezidenti bildirib.

Son xəbərlər

Orphus sistemi