​Kənan Yavuz: "TANAP digər layihələr üçün nümunədir"

​Kənan Yavuz: "TANAP digər layihələr üçün nümunədir" Boru kəməri enerjinin Türkiyə ərazisindən Avropa ilə birləşməsi üçün çox önəmli rol oynayır
Energetika
4 Sentyabr , 2015 10:56
​Kənan Yavuz: TANAP digər layihələr üçün nümunədir

Bakı. 4 sentyabr. REPORT.AZ/ Trans-Anadolu qaz boru kəməri (TANAP) İran, İraq, Yaxın Şərq və Şərqi Aralıq dənizindəki enerji qaynaqları üçün nümunəvi layihədir və enerjinin Türkiyə ərazisindən Avropa ilə birləşməsi üçün çox önəmli bir rol oynayır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə qurumu olan "SOCAR Turkey" şirkətinin baş icraçı direktoru Kənan Yavuz "Bloomberg HT" kanalına müsahibəsində bildirib.

K.Yavuz Türkiyənin enerji mərkəzi olmaq üçün keçən il çox önəmli işlər gördüyünü vurğulayıb: "Xəzər bölgəsi dünyada dəyəri yeni ortaya çıxmış enerji bölgəsidir. Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsindən hasil edilən qazın Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP Türkiyə ərazisində inşa edilir. Boru kəmərinin tikintisi 2018-ci ildə tamamlanacaq".

Son xəbərlər

Orphus sistemi