Bakı. 18 iyun. REPORT.AZ/ "Star" neft emalı zavodu 2018-ci ildə tam fəaliyyətə başlayacaq və Türkiyənin neft məhsulları ixracından asılılığını aradan qaldıracaq. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "
K.Yavuz zavodun tam işə düşməsindən sonra Türkiyənin il ərzində 2,5 mlrd. dollar itkisinin qarşısını alacağını açıqlayıb:
""Star" emal zavoduna yatırılan 5,6 mlrd. dollar sərmayə 2018-ci ildən etibarən Türkiyənin illik 2,5 mlrd. dollarlıq hesab boşluğunu aradan qaldırmağa kömək edəcək, onun neft məhsullarının idxalından asılılığını aradan qaldıracaq. Neft emalının illik həcmi 10 mln. ton olacaq".
K.Yavuz Yunanıstanın Egey dənizindəki Piraeus Limanına alternativ olaraq "Petlim" limanını tikdiklərini və tezliklə istifadəyə verəcəklərini deyib.
Xatırladaq ki, "Star" emal zavodu 1975-ci ildə yaradılıb.