Yuxarı

​Kənan Yavuz: "BOTAŞ" və SOCAR arasında heç bir problem yoxdur"

SOCAR Turkey şirkətinin prezidenti: Nə qədər pul ödənilirsə, qarşılığında o qədər də qaz satılır

Bakı. 2 iyun. REPORT.AZ/ Türkiyənin "BOTAŞ" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında təbii qazın alqı-satqısı ilə bağlı heç bir məsələdə problem yoxdur. Bunu "Report"un sualını cavablandıran "SOCAR Turkey" şirkətinin prezidenti Kənan Yavuz bildirib: "Tərəflər arasında qaz satışı davam edir".

"Bildiyim qədər, "BOTAŞ"la SOCAR arasında heç bir problem yoxdur. Nə qədər pul ödənilirsə, qarşılığında o qədər də qaz satılır. Bu məsələdə heç bir problem yoxdur", - deyə K.Yavuz qeyd edib.

Xatırladaq ki, Türkiyə mediasında Azərbaycandan qaz almaq üçün BOTAŞ-ın 35 mlrd. dollar ödədiyi, lakin bunun qarşılığında alınmalı olan qazdan 2,7 mlrd. kubmetr az aldığı deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi