​Kənan Yavuz: "BOTAŞ hər zaman ən ucuz qazı Azərbaycandan satın alıb"

​Kənan Yavuz: "BOTAŞ hər zaman ən ucuz qazı Azərbaycandan satın alıb" "Türkiyənin Azərbaycana almadığı qazın pulunu ödəməsi kimi hər hansı vəziyyət yaranmayıb"
Energetika
23 Oktyabr , 2015 19:26
​Kənan Yavuz: BOTAŞ hər zaman ən ucuz qazı Azərbaycandan satın alıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Türkiyə 2001-ci ildən etibarən Azərbaycandan BOTAŞ vasitəsilə 38 mlrd. kubmetr həcmində təbii qaz alıb. Bu həcmdə təbii qazın dəyəri isə 10 mlrd. dollardan az olub. Türkiyəyə 10 mlrd. dollar məbləğində zərər verildiyi iddiası riyazi olaraq səhvdir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə qurumu olan "SOCAR Turkey" şirkətinin baş icraçı direktoru Kənan Yavuz Türkiyə mətbuatında yazılanlara aydınlıq gətirərkən qeyd edib.

O bildirib ki, 2001-ci ildə imzalanan sazişə görə, BOTAŞ hər zaman qaz tədarükündə ən ucuz qazı Azərbaycandan satın alıb:

"Bütün ölkələrdən alınan qazın həcmi və ödənilən məbləğ bu həqiqəti üzə çıxarır. 2010-cu ildə Azərbaycan qazı bazar qiymətlərindən çox aşağı qiymətdə olanda belə, Azərbaycan və Türkiyə iki qardaş ölkə olaraq təhkimə getmə ehtiyacı duymadan anlaşıb. O vaxtdan iki ölkə arasında təbii qaz alışı "al və ya ödə" prinsipi ilə həyata keçirilir və Türkiyənin Azərbaycana almadığı qazın pulunu ödəməsi kimi hər hansı vəziyyət olmayıb. 2010-cu ildə həyata keçirilən anlaşmadan sonra da Azərbaycan qazı Türkiyəyə digər mənbələrdən daha ucuz və daha etibarlı mənbə olmağa davam edib və qaz nəqli heç vaxt kəsilməyib".

K.Yavuz bildirib ki, SOCAR indiyədək bütün fəaliyyətlərini və həyata keçirdiyi layihələri ictimaiyyətə açıqlayıb:

"Şirkətimiz tamamilə Azərbaycan dövlətinə aiddir və Türkiyədə həyata keçirdiyimiz layihələrin və ortaqlıqların bütün detalları həm dövlət, həm də bütün əlaqədar qurumlarda mövcuddur".

O, TANAP layihəsindən də danışaraq qeyd edib ki, bu layihə iki qardaş ölkənin ortaqlığı ilə həyata keçirilir:

"Türkiyə tarixinin ən böyük enerji layihəsi olan TANAP-ın 30%-i BOTAŞ-a aiddir. TANAP digər önəmli mənbələr olan İran və Rusiyadan da asılılığı azaldacaq strateji əhəmiyyətə malik layihədir. Bu layihə eyni zamanda Türkiyənin daha da artan enerji ehtiyacını qarşılamaq üçün sonrakı illərdə əlavə qaz idxal etmək və istehlak mərkəzlərinə çatdırmaq üçün yeni tədarük xətləri çəkmə ehtiyacını aradan qaldırıb və BOTAŞ milyardlarla dollar yeni sərmayə yatırmaq məcburiyyətində qalmayıb".

K.Yavuz bildirib ki, TANAP-dan həcmlər artan müddətdə BOTAŞ-ın illik daşıma gəliri iki qata çatacaq:

"BOTAŞ-ın bu işdə zərər edəcəyi yönündəki iddiaların nə qədər anlamsız olduğu açıqca görüləcək. TANAP layihəsi çərçivəsində BOTAŞ sərmayəçi olaraq əldə edəcəyi daşıma gəlirindən başqa, idxal etdiyi qaz üçün topdan qaz satışından milyonlarla dollar satış gəliri əldə edəcək.

Eyni zamanda, Türkiyəyə daşınacaq min kubmetrə görə 5,95 dollar olmaqla, 16 mlrd. kubmetr daşıma miqdarından ildə 95,2 mln dollar vergi ödəniləcək. Nəticə etibarilə TANAP Türkiyənin qazandığı sərmayədir".

Son xəbərlər

Orphus sistemi