Yuxarı

Riçard Morninqstar: "Cənub Qaz Dəhlizi layihəsinin reallaşmaması Rusiyanı xoşbəxt edər"

Keçmiş səfiri SGC-ni uğurlu reallıq adlandırıb və onun enerji təhlükəsizliyini təmin edəcək tək mənbə olmadığını da açıqlayıb

Bakı. 24 dekabr. REPORT.AZ/ İran qazının Cənub Qaz Dəhlizi (SGC) vasitəsi ilə Avropa bazarına çıxarılması bir çox amildən asılı olacaq. Öncə nüvə razılaşması həyata keçirilməli və sanksiyalar ləğv edilməlidir. "Report" xəbər verir ki, bunu www.naturalgaseurope.com saytına müsahibə verən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Atlantika Şurasındakı Qlobal Enerji Mərkəzinin qurucu direktoru Riçard Morninqstar (Richard Morningstar) deyib.

Keçmiş səfir SGC-ni "uğurlu reallıq" adlandırıb və onun enerji təhlükəsizliyini təmin edəcək tək mənbə olmadığını da açıqlayıb: "SGC Avropa üçün çox böyük əhəmiyyətə malikdir. Təbii ki, Qərb bu cür layihələrin reallaşdırılmasına hər zaman dəstək olub. Ötən əsrin 90-cı illərində də Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşmasına Qərb lazımi dəstəyi göstərib".

R.Morninqstarın sözlərinə görə, SGC-nin baş tutmaması Rusiya üçün əhəmiyyətlidir: "Düşünürəm ki, SGC-nin baş tutmaması Rusiyanı xoşbəxt edər. İranın bu layihədə iştirakına gəlincə isə, biz hələ bilmirik, İran burada nə istəyir. Biz rəsmi Tehranın nə istədiyini görmək üçün gözləməliyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi