Yuxarı
    Bağlamaq

    Kaxa Kaladze: "Artıq Gürcüstanın "Qazprom"dan əlavə həcmdə qaz almasına zərurət yoxdur"

    Gürcüstan önümüzdəki bir neçə ildə qazla təmin olunacaq

    Bakı. 4 mart. REPORT.AZ/ Gürcüstanın Rusiyanın "Qazprom" şirkətindən əlavə həcmdə təbii qaz almasına zərurət yoxdur. "Report"un "Qruziya Online" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib.

    O qeyd edib ki, "Qazprom" şirkəti ilə hələ danışıqlar başa çatmayıb və müqavilə imzalanmayıb: "Biz bir neçə gün öncə onlara Gürcüstan tərəfinin son təklifini göndərdik. Bu təklifdə Gürcüstanın əvvəlki kimi tranzit haqqı olaraq 10% təbii qaz alması əksini tapıb. Hazırkı mərhələdə bizə əlavə həcmdə qaz lazım deyil. Gürcüstan önümüzdəki bir neçə ildə qazla təmin olunacaq".

    Qeyd edək ki, bu gün Tbilisİdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Gürcüstan hökuməti arasında əlavə həcmdə qaz nəqli ilə bağlı müqavilələr imzalanıb. Bu müqavilələrə görə, Gürcüstan Azərbaycandan əlavə olaraq 500 mln. kubmetr təbii qaz alacaq və alınan qazın qiyməti xüsusi düsturla - dünya bazarında neftin və neft məhsullarının qiymətinin artıb-azalmasına uyğun olaraq hesablanacaq.

    İmzalanma mərasimindən sonra SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, bu müqavilələrlə Azərbaycanın Gürcüstanı 2030-cu ilə qədər "mavi yanacaq"la təmin etməsində heç bir problem olmayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi