"Kaşaqan" yatağında proqnozlaşdırılan hasilat ləngiyir

"Kaşaqan" yatağında proqnozlaşdırılan hasilat ləngiyir Qazın laylara vurulmasından sonra hasilat hədəfinə 2018-ci ilin II yarısında çatmaq mümkün olacaq
Energetika
22 Sentyabr , 2017 15:33
Kaşaqan yatağında proqnozlaşdırılan hasilat ləngiyir

Bakı. 22 sentyabr. REPORT.AZ/ Qazaxıstan nəhəng "Kaşaqan" yatağından 2017-ci ilin sonuna olan neft hasilatı üzrə proqnozunu 300-370 min barel/gündən 270 min barelə qədər azaldıb. 

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyinin yazılı məktubuna cavab olaraq Qazaxıstan Energetika Nazirliyinin Mətbuat xidməti "Kazmunayqaz " şirkətinin yaratdığı PSA (Production Sharing Agreement) törəmə şirkətinə istinadən xəbər verib.

Törəmə şirkətindən bildirilib ki, hasilatın azalmasına səbəb yataqda hasilat prosesinin bir hissəsi olan məcburi işlərin aparılması nəticəsində qısamüddətli fasilələr olub. Yatağın operatoru olan NCOC şirkətindən "Reuters"ə verilən məlumata görə, avqust ayında qazın laylara vurulmasından sonra 2018-ci ilin II yarısından etibarən hasilat hədəflənən 300-370 min barel/gün səviyyəsinə çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi