Kanadada neft daşıyan yük qatar relsdən çıxıb

Kanadada neft daşıyan yük qatar relsdən çıxıb Hadisə Edmonton şəhəri yaxınlığında baş verib
Energetika
23 Oktyabr , 2017 05:34
Kanadada neft daşıyan yük qatar relsdən çıxıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bazar günü Kanadanın Edmonton şəhəri yaxınlığında neft daşıyan yük qatarının 12 vaqonu relsdən çıxıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Qəza Stercen dairəsində baş verib. Rivers-Ec və Noronkel yaşayış məntəqələrində 46 evin sakininə təxliyyə göstərişi verilib.

İnsident zamanı zərər çəkən olmayıb. Hadisə yerinə qəza briqadaları göndərilib. 

Son xəbərlər

Orphus sistemi