Kanada şirkəti Azərbaycanın quru yatağından hasilatın həcmini açıqlayıb

Kanada şirkəti Azərbaycanın quru yatağından hasilatın həcmini açıqlayıb Bakı. 17 noyabr. REPORT.AZ/ Kanadanın “Zenith Energy” şirkəti bu ilin aprel-sentyabr ayları ərzində Azərbaycanın quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” blokundan 47 954 barel neft hasil edib.
Energetika
17 Noyabr , 2017 17:25
Kanada şirkəti Azərbaycanın quru yatağından hasilatın həcmini açıqlayıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Kanadanın “Zenith Energy” şirkəti bu ilin aprel-sentyabr ayları ərzində Azərbaycanın quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” blokundan 47 954 barel neft hasil edib.

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bu həcmin 23 095 bareli iyul-sentyabr aylarında hasil olunub.

Sentyabr ayının sonuna 2 588 barel satılmamış neft olub ki, bu həcm də sonrakı dövrdə satılıb.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat 2016-cı il avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus olan ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Son xəbərlər

Orphus sistemi