Yuxarı

Kanada şirkəti Azərbaycanda əməliyyatlar üçün vəsait cəlb edib

Bakı. 8 fevral. REPORT.AZ/ Kanadanın “Zenith Energy” şirkəti Azərbaycanın quru yatağında qazma işləri üçün vəsait cəlb edib.

“Report” xəbər verir ki, şirkət Kanada və Böyük Britaniyada səhmlərdən 607 min funt-sterlinq əldə edib.

Vəsait Azərbaycandakı əməliyyatlarda investisiyanı artırmaq və ümumi işlərə yönəldiləcək.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi