“Nə qədər biz sağıq Xoşbəxt Yusifzadə haqqında bütün xatirələr yaddaşımızda qalacaq”.
"Report" xəbər verir ki, bunu mərhumla keçirilən vida mərasimində jurnalistlərə açıqlama verən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib.
"Xoşbəxt Yusifzadə hər gün Bulvarda gəzirdi. Mən də idmana çıxanda hər gün, havadan asılı olmayaraq, onunla görüşürdük. Çox özünəməxsus tərzdə fikirlərini söyləyirdi. Çox orijinal, bənzərsiz insan idi. Elmi dildə desək çox ekzotermik insan idi. Hara gedirdi istilik gətirirdi", - deyə K.İmanov əlavə edib.