Kaliforniyada yanacağın qiyməti tarixdə ən yüksək həddə çatıb

Kaliforniyada yanacağın qiyməti tarixdə ən yüksək həddə çatıb ABŞ-ın Kaliforniya ştatında sentyabrın 6-da qeyd olunan İşçi Bayramı ərəfəsində yanacağın qiymətində rekord qeydə alınıb.
Energetika
5 Sentyabr , 2021 17:10
Kaliforniyada yanacağın qiyməti tarixdə ən yüksək həddə çatıb

ABŞ-ın Kaliforniya ştatında sentyabrın 6-da qeyd olunacaq İşçi Bayramı ərəfəsində yanacağın qiymətində rekord artım baş verib.

"Report" bu barədə "Fox Business"ə istinadən xəbər verir.

Beləliklə, bir qallon (təxminən 4,5 litr) benzinin qiyməti 4,39 ABŞ dolları olacaq. Halbuki bir il əvvəl bu rəqəm 3,23 ABŞ dollarına bərabər idi.

Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, əvvəlki rekord 2012-ci ildə qeydə alınıb (4,16 ABŞ dolları).

Son xəbərlər

Orphus sistemi