Kadri Simson: "Azərbaycanın Aİ ölkələrinin qaza tələbatının ödənilməsində oynadığı rol yüksək qiymətləndiririlir"

Kadri Simson: "Azərbaycanın Aİ ölkələrinin qaza tələbatının ödənilməsində oynadığı rol yüksək qiymətləndiririlir" Azərbaycanın Avropa İttifaqına (Aİ) üzv ölkələrin qaza tələbatının ödənilməsində oynadığı rol yüksək qiymətləndiririlir.
Energetika
3 Fevral , 2023 13:47
Kadri Simson: Azərbaycanın Aİ ölkələrinin qaza tələbatının ödənilməsində oynadığı rol yüksək qiymətləndiririlir
Kadri Simson

Azərbaycanın Avropa İttifaqına (Aİ) üzv ölkələrin qaza tələbatının ödənilməsində oynadığı rol yüksək qiymətləndiririlir.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin energetika məsələləri üzrə komissarı Kadri Simson fevralın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda çıxışı zamanı deyib.

O, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna görə təşəkkürünü ifadə edib və Azərbaycanın Avropa İttifaqına üzv ölkələrin qaza tələbatının ödənilməsində oynadığı rolunun, enerji təhlükəsizliyinə verdiyi töhfələrinin yüksək qiymətləndiririldiyini diqqətə çatdırıb.

K.Simson vurğulayıb ki, hazırda Aİ məkanında enerji təhlükəsizliyi baxımından gərgin zamanda Azərbaycanın dəstəyi və yardımı yüksək qiymətləndirilir.

Energetika məsələləri üzrə komissar bildirib ki, Aİ Azərbaycanla təbii qaz, yaşıl enerji sahələrində əlaqələri genişləndirməkdə maraqlıdır, həmçinin Azərbaycanla elektrik enerjisi ilə bağlı əməkdaşlıq imkanlarını yüksək qiymətləndirərək onu nəzərdən keçirir və bu istiqamətdə də əməkdaşlığa hazırdır.

Son xəbərlər

Orphus sistemi