Yuxarı
    Bağlamaq

    "JPMorgan": OPEC+ anlaşmasının pozulma riski var

    OPEC-də nizam-intizam pozulacaq
    © Courtesy İmage

    Bakı. 24 iyul. REPORT.AZ/ OPEC+ anlaşmasının pozulma ehtimalı riski yaranıb. 

    "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə proqnoz ABŞ-ın nüfuzlu "JPMorgan" bankının hesabatında yer alıb. 

    Hesabatda bildirilir ki, OPEC+ anlaşması "domino effekti" ilə dağıla bilər. Buna səbəb kimi isə anlaşmadan azad edilən dövlətlərin digər ölkələrin hasilatı azaltması hesabına yaşaması amili göstərilib. Qeyd olunur ki, tez və ya gec bu amil ümumi nizam-intizamı pozacaq və neft hasilatı bütün istehsalçı ölkələrdə artmağa başlayacaq.

    Bu səbəbdən "JPMorgan" 2018-ci il üçün neft qiymətləri üzrə proqnozunu 45 dollar/barelə qədər endirə biləcəyini bildirib. Hələlik isə 45-50 dollar/barel diapazonu baza variantı kimi qəbul edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi