“JP Morgan Chase”: "Neftin bir barelinin qiyməti 380 dollara çata bilər"

“JP Morgan Chase”: "Neftin bir barelinin qiyməti 380 dollara çata bilər" Qərbin sanksiyalarına cavab olaraq Rusiya neft hasilatını əhəmiyyətli həcmdə azaltsa həmin xammalın qiyməti bir barel üçün 380 ABŞ dollarına çata bilər.
Energetika
2 İyul , 2022 15:58
“JP Morgan Chase”: Neftin bir barelinin qiyməti 380 dollara çata bilər

Qərbin sanksiyalarına cavab olaraq Rusiya neft hasilatını əhəmiyyətli həcmdə azaltsa həmin xammalın qiyməti bir barel üçün 380 ABŞ dollarına çata bilər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın ən iri bankalrından biri olan “JP Morgan Chase” proqnozlaşdırır.

Bankın analitiklərinin məlumatına görə, Rusiya sutkalıq tədarükü 3 milyon barel azalması “qara qızıl”ın bir barelinin 190 ABŞ dollarına kimi bahalaşmasına gətirib çıxaracaq. Əgər rusiya neftinin tədarükü sutkalıq 5 milyon barel azalsa, onun bir barelinin dəyəri 380 ABŞ dollarına çata bilər.

Son xəbərlər

Orphus sistemi