"Jefferies" bankı neft qiymətləri üzrə proqnozlarını azaldıb

"Jefferies" bankı neft qiymətləri üzrə proqnozlarını azaldıb Yaxın 3 ildə neft qiymətlərinin nisbi artımı gözlənilir
Energetika
29 Avqust , 2017 16:52
Jefferies bankı neft qiymətləri üzrə proqnozlarını azaldıb

Bakı. 29 avqust. REPORT.AZ/ ABŞ-ın "Jefferies" investisiya bankı 2018-ci il üçün "Brent" markalı neftin qiyməti üzrə proqnozunu 64 dollar/bareldən 57 dollar/barelə endirib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Bankın analitikləri Maykl Hsu (Michael Hsu) və Zak Parem (Zach Parham) hazırladıqları 29 avqust proqnoz hesabatında 2019-cu il üçün "Brent" markalı neft proqnozları 67 dollar/bareldən 60 dollar/barelə, 2020-ci il üçün isə 70 dollar/bareldən 65 dollar/barelə qədər azaldılıb.

"Qısamüddətli perspektivdə neft bazarında təklif yüksək olacaq. Lakin uzunmüddətli perspektivdə təsdiq olunmuş neft ehtiyatlarının azalacağı və qiymətlərin nisbi olaraq artacağı gözlənilir", - deyə hesabatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi