Azərbaycan iyulda "OPEC+" kvotasından az xam neft hasil edib

Azərbaycan iyulda "OPEC+" kvotasından az xam neft hasil edib Bu ilin iyul ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 659 min barel olub.
Energetika
11 Avqust , 2022 16:55
Azərbaycan iyulda OPEC+ kvotasından az xam neft hasil edib

Bu ilin iyul ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 659 min barel olub.

Report"un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu, 2021-ci ilin iyul ayının göstəriciləri ilə müqayisədə 58 min barel və ya 8,09 % azdır.

Bunun 549,9 min barelini xam neft, 109,1 min barelini isə kondensat təşkil edib. Bu da ötən ilin iyul ayı ilə müqayisədə müvafiq olaraq 9,26 % və 1,71 % azdır.

Xatırladaq ki, 2021-ci ilin iyul ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 717 min barel olub. Bunun 606 min barelini xam neft, 111 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, 2 iyun 2022-ci il tarixində OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 29-cu iclasında gündəlik neft hasilatının iyulda 648 min barel artırılması ilə bağlı qərar qəbul edilib. Yeni razılaşmaya görə, iyul ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 10 min barel artırılaraq 706 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 12 min barel həcmində olması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi