İsveç parlamenti Rusiyadan neft və qaz idxalını dayandırmağa çağırıb

İsveç parlamenti Rusiyadan neft və qaz idxalını dayandırmağa çağırıb İsveçin birpalatalı parlamenti ölkə hökumətini Rusiyadan enerji təchizatını kəsmək üçün tədbirlər görməyə çağırıb.
Energetika
20 May , 2022 04:52
İsveç parlamenti Rusiyadan neft və qaz idxalını dayandırmağa çağırıb

İsveçin birpalatalı parlamenti ölkə hökumətini Rusiyadan enerji təchizatını kəsmək üçün tədbirlər görməyə çağırıb.

"Report" bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"İsveç hökuməti Rusiya enerji mənbələrinin, xüsusən də təbii qaz və neftin idxalını dayandırmasını təmin etmək üçün tədbirlər görülməlidir", - bəyanatda deyilir.

Sənəd hökuməti ölkəyə daxil olan idxalı diqqətlə öyrənməyə çağırıb və İsveçin enerji təchizatını təmin etmək üçün mümkün alternativləri nəzərdən keçirməyi tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi