İşğaldan azad olunan ərazilərin qazlaşdırılması ilə bağlı qruplar yaradılıb

İşğaldan azad olunan ərazilərin qazlaşdırılması ilə bağlı qruplar yaradılıb "Layihələndirmə və digər işlər üçün tapşırıq gözləyirik"
Energetika
30 Aprel , 2021 13:15
İşğaldan azad olunan ərazilərin qazlaşdırılması ilə bağlı qruplar yaradılıb

"İşğaldan azad olunan ərazilərin qazlaşdırılması prosesi ilə əlaqədar Prezident Administrasiyası tərəfindən müəyyən edilən xüsusi qruplar yaradılıb".

"Report"un məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, "Azəriqaz" İB də Energetika Nazirliyinin tərkibində olan qrupda fəaliyyətini davam etdirir: "Həmin işçi qrupda bizim nümayəndələr də var. Hazırda proseslə bağlı inventarlaşdırma işləri aparılır. Layihələndirmə və digər işlər üçün tapşırıq gözləyirik. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək".

Son xəbərlər

Orphus sistemi