İraq neft ixracatını xeyli artırıb

İraq neft ixracatını xeyli artırıb Cari ilin oktyabr ayında İraq gündəlik neft ixracatını 10,06 faiz artıraraq 2.876 min barelə çatdırıb.
Energetika
274
24 Noyabr , 2020 19:39
İraq neft ixracatını xeyli artırıb

Cari ilin oktyabr ayında İraq gündəlik neft ixracatını 10,06 faiz artıraraq 2.876 min barelə çatdırıb.

“Report” SOMO (State Oil Marketing Organization) dövlət şirkətinə istinadən xəbər verir ki, oktyabrda da 89.154 min barel neft ixrac edən ölkədə bunun 86.023 min bareli Bəsrə yataqlarının, 3.131 min bareli də Kərkük yataqlarının payına düşür.

Hesabat dövründə İraqın orta hesabla 38,77 ABŞ dollarından satılan neftin ixracatından əldə etdiyi gəlirlər 3.457 milyon ABŞ dolları olub.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında həmin göstəricilər müvafiq olaraq 57,28 ABŞ dolları və 6.121 milyon ABŞ dolları, cari ilin sentyabr ayında isə 40,48 ABŞ dolları və 3.173 milyon ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi