İran Azərbaycana birgə inşa olunan elektrik stansiyalarına turbin quraşdırmağı təklif edib

İran Azərbaycana birgə inşa olunan elektrik stansiyalarına turbin quraşdırmağı təklif edib "İranın elektrik şəbəkəsinin Azərbaycan vasitəsilə Rusiyaya qoşulması üçtərəfli əlaqələrin gücləndirilməsi üçün vacibdir".
Energetika
15 Dekabr , 2021 17:23
İran Azərbaycana birgə inşa olunan elektrik stansiyalarına turbin quraşdırmağı təklif edib

"İranın elektrik şəbəkəsinin Azərbaycan vasitəsilə Rusiyaya qoşulması üçtərəfli əlaqələrin gücləndirilməsi üçün vacibdir".

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın energetika naziri Əli-Əkbər Mehrabian azərbaycanlı həmkarı Pərviz Şahbazov ilə onlayn görüşdə deyib.

"Bu planın həyata keçirilməsi ilə üç ölkənin pik istehlak dövrlərində elektrik enerjisinə tələbatın idarə edilməsi mümkün olacaq və enerji çatışmazlığı kompensasiya ediləcək. Biz, İran, Azərbaycan və Rusiya nazirləri arasında üçtərəfli görüş keçirməyə hazırıq. İran üç ölkənin elektrik enerjisinin inkişafı və mübadiləsini alqışlayır", - deyə o, qeyd edib.

Bundan başqa, Ə.Mehrabian təklif edib ki, İran və Azərbaycanın birgə inşa etdiyi elektrik stansiyalarına turbinlər quraşdırılsın: "Bununla əhəmiyyətli həcmdə elektrik enerjisi istehsal ediləcək və hər iki ölkəyə gəlir gətirəcək. İran 60 %-dən çox səmərəliliyi olan müasir elektrik stansiyalarının və turbinlərin tikintisi texnologiyasına malik olan ölkələrdəndir; belə turbinlər hazırda digər ölkələrə, o cümlədən Rusiyaya ixrac edilir”.

Son xəbərlər

Orphus sistemi