İqtisadçı: “Gürcüstan üçün Azərbaycandan elektrik enerjisi idxalı daha sərfəlidir”

İqtisadçı: “Gürcüstan üçün Azərbaycandan elektrik enerjisi idxalı daha sərfəlidir” Rusiya ilə müqayisədə Azərbaycandan alınan elektrik enerjisinin tarifləri daha aşağıdır
Energetika
13 Mart , 2021 10:31
İqtisadçı: “Gürcüstan üçün Azərbaycandan elektrik enerjisi idxalı daha sərfəlidir”

“Gürcüstan üçün Azərbaycandan elektrik enerjisi idxal etmək qiymət baxımından daha sərfəlidir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu iqtisadçı Andria Qvidiani deyib.

Ekspertin sözlərinə görə, Azərbaycandan elektrik enerjisinin alınması digər tədarükçülərlə müqayisədə daha maraqlıdır və bu da rəqabətli qiymətlərdə özünü göstərir: “Elektrik enerjisinin idxalı üç müxtəlif – gündüz, gecə və istirahət günləri tariflərindən asılıdır. Rusiya ilə müqayisədə Azərbaycandan alınan elektrik enerjisinin tarifləri daha aşağıdır”.

İqtisadçı qeyd edib ki, Rusiyadan idxal olunan elektrik enerjisinin bütün həcmi praktiki olaraq de-fakto Abxaziya Respublikası üçün nəzərdə tutulur: “Buna görə də Abxaziya bölgəsini çıxmaq şərtilə Gürcüstanın yalnız Azərbaycandan elektrik enerjisi tədarük etdiyini demək olar”.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Gürcüstan 827,8 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib. İdxalın 299,7 milyon kilovatt/saatı və yaxud 36,2 %-i Azərbaycanın payına düşüb. İllik müqayisədə həcm 16,7 % artıb.

Son 2 ayda Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü 521 milyon kilovatt/saatla Rusiya olub.

Son xəbərlər

Orphus sistemi