İmişlidə daha bir kəndə qaz veriləcək

İmişlidə daha bir kəndə qaz veriləcək Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası bu dəfə İmişli rayonunun Kürdmahmudlu kəndində qurulub.
Energetika
7 Sentyabr , 2021 16:54
İmişlidə daha bir kəndə qaz veriləcək

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası bu dəfə İmişli rayonunun Kürdmahmudlu kəndində qurulub.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiyaya ətraf kəndlər də daxil olmaqla xeyli sayda vətəndaş toplaşaraq təbii qazın olmaması səbəbindən üzləşdikləri problemlərdən danışıblar.

Ərazidə meşə massivinin olmaması bu kəndin sakinlərini qış aylarında daha çətin vəziyyətə salır. Üstəlik ekoloji vəziyyətin qorunması prinsipi də yaşıllığın qorunmasını vacib edir.

"Səyyar qəbul otağı"na toplaşanlar Birlik rəhbərliyindən tez bir zamanda qazlaşmanın həyata keçirilməsini xahiş ediblər. Hər bir müraciəti “Azəriqaz” rəhbərliyi dinləyəcək, mövcud vəziyyəti dəyərləndirəcək.

Son xəbərlər

Orphus sistemi