Yuxarı

IMF: Azərbaycanın qaz hasilatını artırması neftin ucuzlaşmasının təsirlərini azaldacaq

​IMF: Azərbaycanın qaz hasilatını artırması neftin ucuzlaşmasının təsi

Bu il Mərkəzi Asiya və Cənubi Qafqazda (CCA) yerləşən neft-qaz ixrac edən ölkələrin 4%-lik böyüməsi gözlənilir. 

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “Regional Economic Outlook” adlı hesabatının aprel buraxılışında qeyd edilir.

Hesabata görə, region ölkələrində neft-qaz ÜDM-i ötən il 3,2% artdığı halda, bu il 2,8% səviyyəsində proqnozlaşdırılır. Bu regiona daxil olan Qazaxıstanda qeyri-neft sektorunun inkişafı, Azərbaycanda isə qaz hasilatının artması qlobal aşağı neft qiymətlərinin və xam neft hasilatının azaldılmasının təsirlərini azaldacağı gözlənilir. Yeni qaz kəmərinin açılması, həmçinin büdcə xərclərini iqtisadiyyata yönəldilməsi və xidmət sektorunun inkişaf etdirilməsinin davamı Azərbaycanın böyüməsinin əsasını təşkil edəcək”, - hesabatda deyilir.

Valyuta Fondu hesab edir ki, CCA regionunda bu il inflyasiya birrəqəmli həddə olacaq:

“2018-ci ildə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda inflyasiya 8,2% olduğu halda, bu il bu rəqəm 7,8% səviyyəsində proqnozlaşdırılır. 2020-ci ildə isə 6,4%-lik inflyasiya gözlənilir. Aşağı inflyasiya Azərbaycan və regionda olan neft-qaz idxalçıları üçün yumşaldılmış pul siyasəti üçün meydan açıb”.

IMF hesab edir ki, regionda olan bir sıra ölkələrdə problemli kreditlərin həcmi çoxdur. Bu isə ölkəyə uyğun olaraq müxtəlif səbəblərlə bağlıdır. Azərbaycanda isə xarici valyutada götürülmüş kreditlərin kompensasiya edilməsi göstərilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi