IGB-nin növbəti “təbii qaz ili” üçün ümumi texniki güclərinin 82 %-dən çoxu rezervasiya edilib

IGB-nin növbəti “təbii qaz ili” üçün ümumi texniki güclərinin 82 %-dən çoxu rezervasiya edilib Yunanıstan-Bolqarıstan İnterkonnektorun (IGB) 2023-2024-cü “təbii qaz ili” (bir ilin oktyabrın 1-dən növbəti ilin sentyabrın 30-na qədər - red.) üçün ümumi texniki güclərinin 82 %-dən çoxu rezervasiya edilib.
Energetika
11 avqust 2023 08:52
IGB-nin növbəti “təbii qaz ili” üçün ümumi texniki güclərinin 82 %-dən çoxu rezervasiya edilib

Yunanıstan-Bolqarıstan İnterkonnektorun (IGB) 2023-2024-cü “təbii qaz ili” (bir ilin oktyabrın 1-dən növbəti ilin sentyabrın 30-na qədər - red.) üçün ümumi texniki güclərinin 82 %-dən çoxu rezervasiya edilib.

Bu barədə “Report”a IGB-nin layihə operatoru olan ICGB şirkətinindən məlumat verilib.

“Hazırda qarşıdan gələn “təbii qaz ili”nin birinci rübü üçün kəmərin ötürücülük qabiliyyətinin 76 %-i rezervasiya edilib. Qalan 3 rüb ərzində rezervasiyaların sayı xəttin ümumi texniki güclərinin 84 %-ni ötüb. ICGB bütün treyderlərə şəffaf və bərabər çıxışı təmin edərək, həm gündəlik, həm də aylıq hərraclarda yerdə qalan gücləri təklif etməyə davam edir”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, iyulun 3-də ICGB Yunanıstan-Bolqarıstan İnterkonnektorunun ötürücülük qabiliyyətinin genişləndirilməsi prosesinin birinci mərhələsinə start verib. İnterkonnektorun gücü ildə 5 milyard kubmetrə qədər artırıla bilər.

IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının II mərhələsinin istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini təmin edir. Sonrakı mərhələlərdə onun genişləndirilməsindən sonra Azərbaycan təbii qazını bu kəmər vasitəsilə Şərqi Avropanın digər ölkələrinə çatdırmaq mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi