IGB illik ötürücülük gücündən çox Azərbaycan qazı nəql edib

IGB illik ötürücülük gücündən çox Azərbaycan qazı nəql edib Azərbaycan təbii qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan birləşdirici boru kəməri (IGB) vasitəsilə kommersiya əməliyyatlarına başlanılmasının ilk ilində 16,9 milyon MVt/saatdan çox qaz satılıb.
Energetika
3 Oktyabr , 2023 11:57
IGB illik ötürücülük gücündən çox Azərbaycan qazı nəql edib

Azərbaycan təbii qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan birləşdirici boru kəməri (IGB) vasitəsilə kommersiya əməliyyatlarına başlanılmasının ilk ilində 16,9 milyon MVt/saatdan çox qaz satılıb.

“Report”un məlumatına görə, bu barədə IGB-nin layihə operatoru olan İCGB şirkətindən bildirilib.

Bu, boru kəmərinin illik ötürücülük gücünün 3 milyard kubmetrini keçərək 3,3 milyard kubmetr qaza bərabər olub.

Bildirilir ki, bu kəmər sayəsində Yunanıstan-Bolqarıstan təbii qaz şəbəkələri ilk dəfə birləşdirilib, qonşu ölkə Trans-Adrikatik Qaz Boru Kəməri (TAP) və Cənub Qaz Dəhlizi ilə birbaşa əlaqə əldə edib, Cənub-Şərqi Avropa və Avropa bazarlarına tədarük üçün yeni marşrutlar açılıb. IGB Qərbi Balkanlar və Şaquli dəhlizin bir hissəsi Moldova və Ukraynaya tədarük imkanı təmin edir. İGB Bolqarıstana və bütövlükdə regiona təhlükəsiz və şaxələndirilmiş təbii qaz tədarükü üçün yeni marşrut təmin edir.

İGB-nin əməliyyat şirkəti olan ICGB-nin Bolqarıstan üzrə icraçı direktoru Teodora Georgieva və Yunanıstan üzrə icraçı direktoru George Satlas bildiriblər ki, birinci il ərzində IGB qaz təchizatında böyük fasilələr olmadan bütün gündəlik tələbləri yerinə yetirərək qüsursuz nəticələr əldə edib: “Bu nailiyyət bizim əməliyyat prosedurlarımıza ciddi riayət etməklə, eləcə də ICGB-nin peşəkarlarından ibarət xüsusi komanda sayəsində mümkün olub”.

Məlumatda deyilir ki, hazırda IGB-də 39 qeydiyyatdan keçmiş istifadəçi mövcuddur. Qaz kəmərinin texniki tutumu illik 3 milyard kubmetr təşkil edir. Onun tutumunun böyük hissəsi artıq yeni “qaz ili” üçün rezerv edilib. Hazırda interkonnektor Bolqarıstanın daxili qaz istehlakının təxminən yarısını təmin edir. Regionda inkişaf edən təhlükəsizlik dinamikası ilə IGB tez bir zamanda təbii qazın Trans-Balkan Qaz Boru Kəməri vasitəsilə Moldova və Ukraynaya nəqlini də dəstəkləyən əsas infrastruktura çevrilib.

ICGB bu yaxınlarda İGB tutumunun illik 5 milyard kubmetrə qədər artırılması üçün bazar tələbini qiymətləndirmək üçün potensialın genişləndirilməsi üzrə təlimə başlayıb. IGB-nin tutumunu 5 milyard kubmetrə çatdırmaq məqsədilə, boru kəməri tələb olunan əlavə investisiya üçün alternativ maliyyə mənbələrini müəyyən etmək üçün müvafiq əhatə dairəsi üzrə tədqiqatlara başlayıb. Yəni həm Komotinidə, həm də Stara Zaqorada boru kəməri sisteminin genişləndirilməsi, eləcə də yeni ölçü alətlərinin quraşdırılması nəzərdə tutulub. Yeni infrastrukturun dəyəri 5 milyon avro olması nəzərdə tutulub.

Xatırladaq ki, IGB 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına verilib, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir.

Son xəbərlər

Orphus sistemi