Yuxarı

Dünya bazarında neft ucuzlaşıb

Brent markalı neft  48,61 dollar/barelə bərabər olub

Bakı. 20 oktyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,37 dollar, yaxud 2,90% ucuzlaşaraq 45,89 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,85 dollar və ya 3,67% ucuzlaşaraq 48,61 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 49 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi