IEA: Rusiya və Yaxın Şərq qaz ixracı üzrə ən iri region rolunu qoruyacaq

IEA: Rusiya və Yaxın Şərq qaz ixracı üzrə ən iri region rolunu qoruyacaq Rusiya ən azı 2040-cı ilə qədər dünyanın ən böyük qaz ixracatçısı olaraq qalacaq, ABŞ isə 2025-ci ilə qədər ikinci sıraya yüksələcək.
Energetika
13 Noyabr , 2019 12:00
IEA: Rusiya və Yaxın Şərq qaz ixracı üzrə ən iri region rolunu qoruyacaq

Rusiya ən azı 2040-cı ilə qədər dünyanın ən böyük qaz ixracatçısı olaraq qalacaq, ABŞ isə 2025-ci ilə qədər ikinci sıraya yüksələcək.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Energetika Agentliyi (IEA) yeni illik "World Energy Outlook" hesabatında proqnozlaşdırır.

Hesabatda Rusiya və Yaxın Şərqin qaz ixracı üzrə ən iri regionlar rolunu qoruyacağı, ancaq yeni ixracatçıların da bazar paylarını artıracaqları qeyd olunub.

Eyni zamanda, Qətər 2040-cı ilədək ən böyük maye qaz (LNG) ixracatçısı mövqeyini qoruyacaq. Proqnozlaşdırılan dövrdə Avstraliya və ABŞ onlarla rəqabət aparacaq.

Son xəbərlər

Orphus sistemi