IEA qlobal neft tələbi ilə bağlı proqnozunu azaldıb

IEA qlobal neft tələbi ilə bağlı proqnozunu azaldıb OPEC üzvü olmayan ölkələr hasilatı artıracaq
Energetika
11 Avqust , 2017 13:53
IEA qlobal neft tələbi ilə bağlı proqnozunu azaldıb

Bakı. 11 avqust. REPORT.AZ/ Beynəlxalq Energetika Agentliyi (IEA) 2017-ci il üçün qlobal neft tələbini iyul proqnozu ilə müqayisədə 400 min barel/gün və ya 0,41% azaldaraq 97,6 mln. barel/günə, 2018-ci il üçün də 400 min barel/gün və ya 0,4% azaldaraq 99 mln. barel/günə endirib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə IEA-nın avqust hesabatında bildirilir. Beləliklə, 2018-ci il üçün neftə tələbin illik müqayisədə 1,4 mln. barel/gün artacağı qeyd olunub.

Bununla yanaşı, IEA OPEC təşkilatına üzv olmayan ölkələrin neft təklifinin 2018-ci ildə 100 min barel/gün və ya 0,17% artaraq 59,6 mln. barel/günə çatacağı bildirilir. OPEC neftinə tələbin bu il 32,6 mln. barel/gün təşkil edəcəyi qeyd olunur. 

Xatırladaq ki, iyul hesabatında bu göstərici 32,9 mln. barel/gün olub. 2018-ci ildə isə OPEC neftinə tələbin iyul proqnozundakı 32,8 mln. barel/gündən 32,4 mln. barel/günə geriləyəcəyi ehtimal edilib.

Son xəbərlər

Orphus sistemi