IEA: OPEC sentyabrda anlaşmaya 88%, qeyri-OPEC ölkələri isə 125% əməl edib

IEA: OPEC sentyabrda anlaşmaya 88%, qeyri-OPEC ölkələri isə 125% əməl edib Azərbaycan öhdəliyinə 231% əməl edərək hasilatı 81 min barel/gün azaldıb
Energetika
12 Oktyabr , 2017 17:41
IEA: OPEC sentyabrda anlaşmaya 88%, qeyri-OPEC ölkələri isə 125% əməl edib
REUTERS/ Heinz-Peter Bader

Bakı. 12 oktyabr. REPORT.AZ/ OPEC bu ilin sentyabr ayında neft hasilatının azaldılması ilə bağlı götürdüyü öhdəliklərə 88% əməl edib. 

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin (IEA) hesabatında bildirilir. 

Hesabatda qeyd olunub ki, OPEC ölkələri sentyabr ayında 32,65 mln. barel/gün neft hasil edib.

Sentyabrda Liviya və Nigeriya hasilatı artırıb. Liviyada orta günlük hasilat 40 min barel və ya 4,5% artaraq 920 min barel təşkil edib. Nigeriyada hasilat 1,66 mln. barel təşkil edib. Venesuelada isə 50 min barel və ya 2,5% azalaraq 1,94 mln. barel/günə enib.

OPEC üzvü olmayan ölkələr isə sentyabr ayında anlaşmaya 125% əməl edib. Rusiya hasilatı 318 min barel/gün azaldaraq anlaşmaya 106%, Meksika 236 min barel/gün azaldaraq 236%, Azərbaycan isə 231% əməl edərək 81 min barel/gün azaldıb.

Son xəbərlər

Orphus sistemi