IEA: Neft qiymətləri 2020-ci ildə kəskin artacaq

IEA: Neft qiymətləri 2020-ci ildə kəskin artacaq Neft bazarında tələb artdığı halda, təklif sabit qalacaq
Energetika
22 Sentyabr , 2017 10:31
IEA: Neft qiymətləri 2020-ci ildə kəskin artacaq

Bakı. 22 sentyabr. REPORT.AZ/ Dünya bazarında neft qiymətlərinin müəyyən mənada bərpa olmasına baxmayaraq, neft sənayesinə yatırılan investisiyaların həcmində artım müşahidə edilmir. Yeni layihələrə xərclərin artmaması 2020-ci ilə qədər neft qiymətlərində kəskin artıma gətirib çıxaracaq. "Report" "Forexpf.ru" saytina istinadən xəbər verir ki, bu proqnozla Beynəlxalq Enerji Agentliyi (IEA) çıxış edib.

IEA-nın Neft sənayesi və neft bazarları Departamentinin müdiri Neyl Atkinson (Neil Atkinson) açıqlamasında bildirilib ki, hələ ki, neft bazarına investisiyalarda önəmli artım müşahidə edilmir: "Bu, yaxın 5 ildə neft bazarında şərtləri ağırlaşdıra və neft qiymətlərinin sabitliyi üçün risk təşkil edə bilər".

N.Atkinson neft bazarında tələbin artması fonunda neft qiymətlərinin 10 il bundan əvvəl olduğu kimi kəskin arta biləcəyini vurğulayıb: "Tələbin artması və təklifin sabit qalması fonunda əsas neft ehtiyatlarının cəmləndiyi S.Ərəbistanının ehtiyatları azalacaq. Nəticədə, qiymətlər artmağa başlayacaq və OPEC tələbi təmin etmək üçün hasilatı azaltmaqla bağlı anlaşmasını dayandıracaq. İstehlak həcmində artım izafi ehtiyatların tam əriməsinə, bu da öz növbəsində neft qiymətlərində kəskin artıma səbəb olacaq".

Son xəbərlər

Orphus sistemi