IEA hesabatının açıqlanması neftin bahalaşmasına əlavə təkan oldu

IEA hesabatının açıqlanması neftin bahalaşmasına əlavə təkan oldu Bu gün neftin qiymətlərinin artması günorta hərraclarında daha da sürətlənib.
Energetika
14 Sentyabr , 2021 16:53
IEA hesabatının açıqlanması neftin bahalaşmasına əlavə təkan oldu

Bu gün neftin qiymətlərinin artması günorta hərraclarında daha da sürətlənib.

“Report” xəbər verir ki, “Brent” markalı neftin noyabr fyüçersləri 0,79 % bahalaşaraq 74,09 ABŞ dollarından, “WTI” markalı neftin oktyabr fyüçersləri də 0,74 % bahalaşaraq 70,97 ABŞ dollarından satılıb.

Bunun başlıca amili Beynəlxalq Enerji Agentliyinin (IEA) bu gün açıqlanmış hesabatında ABŞ-ın cənub bölgələrini avqust ayında vuran "İda" qasırğası üzündən neft hasilatının 30 milyon barel azalması, habelə avqust ayında dünya boyu gündəlik hasilatın 0,54 milyon barel azalaraq 96,1 milyon barelədək geriləməsinin qeyd olunmasıdır.

Bundan əlavə hesabatda cari ildə dünya boyu neftə gündəlik tələbata dair proqnoz bir qədər azaldılaraq 5,2 milyon barel səviyyəsində müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi